08 may 2024, 18:47

Rəşad Qəfərovdan, Şirvan, Azərbaycan

Salam, möhtərəm cənab Prezident.

Siz Azərbaycanın yeni tarixini yazmısınız. Sizin rəhbərliyinizlə bu gün Azərbaycan beynəlxalq aləmdə sabit, öz üzərinə düşən öhdəlikləri vaxtında yerinə yetirən ölkə kimi qəbul olunur.

Sizin müəllifi olduğunuz uğurlu layihələr Azərbaycanın inkişafına, tərəqqisinə gətirib çıxarmışdır. Regionlara böyük diqqət yetirilməsi, onların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının qəbul edilməsi və uğurla həyata keçirilməsi ölkəmizin ümumi mənzərəsinin daha da yaxşılaşmasına mühüm töhfə olmuşdur. Yaşadığım Şirvan şəhərində görülən abadlıq-quruculuq işləri də buna sübutdur.

Uca Allah Sizi qorusun, cənab Prezident. Çox sağ olun!

Hörmətlə,

Qəfərov Rəşad

Azərbaycan Respublikası, Şirvan şəhəri.